Mərkəzi Bankda ekspertlərlə makroiqtisadi vəziyyət müzakirə edilib | Banco.az

Mərkəzi Bankda ekspertlərlə makroiqtisadi vəziyyət müzakirə edilib

Mərkəzi Bankın sədri Taleh Kazımov may ayının 6-da ekspertlərlə növbəti dəfə görüşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Məlumata görə, görüşdə makroiqtisadi və monetar şərait, maliyyə sabitliyi, inflyasiya prosesləri, eləcə də mərkəzi bankçılıq gündəmində yer alan digər aktual məsələlər ətrafında məhsuldar və əhatəli fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu cür görüşlər qarşılıqlı dialoqun və etimadın daha da güclənməsinə xidmət etməklə yanaşı, həmçinin iqtisadi proseslərlə bağlı geniş çərçivədə məlumatlılığın artırılmasına mühüm töhfə verir.