Mərkəzi Bankda bank rəhbərləri ilə görüş keçirilib | Banco.az

Mərkəzi Bankda bank rəhbərləri ilə görüş keçirilib

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüş keçirilib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" səhifəsində bildirib.

Görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması və bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib.

"Həmçinin 12-17 oktyabr tarixlərində DB və BVF-in illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləmiz oldu", - deyə Mərkəzi Bankın sədri əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et