Mərkəzi Banka məxsus torpaq sahələri satışa çıxarılır | Banco.az

Mərkəzi Banka məxsus torpaq sahələri satışa çıxarılır

14 may 2026-cı il tarixində saat 10:00-da təkrar hərraca çıxarılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan daşınmaz əmlakların siyahısı açıqlanıb.

Banco.az xəbər verir ki, hərraca Oğuz, Neftçala və Xaçmaz rayonlarında torpaq sahələri daxil olacaq.

Start qiymətləri 106 640 manatdan 2 688 237 manata qədərdir. Hər bir lot üçün iştirakçılardan 5% beh tələb olunur.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.

 

S/N Daşınmaz əmlakın növü Daşınmaz əmlakın ünvanı Sahəsi (ha) Start qiyməti (manatla) 5% beh (manatla)
1 Torpaq sahəsi Oğuz rayonu, Muxas kəndi 1,00 146762.68 7338.13
2 Torpaq sahəsi Oğuz rayonu, Muxas kəndi 18,3169 2688237.32 134411.86
3 Torpaq sahəsi Neftçala rayonu, Astanlı kəndi 56,00 481600 24080
4 Torpaq sahəsi Neftçala rayonu, Aşağı Surra kəndi 50,00 430000 21500
5 Torpaq sahəsi Neftçala rayonu, Yeniqışlaq kəndi 12,40 106640 5332
6 Torpaq sahəsi Neftçala rayonu, Yeniqışlaq kəndi 50,00 430000 21500
7 Torpaq sahəsi Neftçala rayonu, Yeniqışlaq kəndi 62,60 538360 26918
8 Torpaq sahəsi Xaçmaz rayonu, Aşağıoba kəndi 0,70 273000 13650
9 Torpaq sahəsi Xaçmaz rayonu, Aşağıoba kəndi 1,40 546000 27300
10 Torpaq sahəsi Xaçmaz rayonu, Aslanoba kəndi 2,368 923520 46176

 

Əlaqə: “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (daxili:1705,1706,1709));
Azərbaycan Respublikasının Mərkəzi Bankı, (tel:+994 12 493 11 22 (daxili: 8639, 8599)).