Mərkəzi Bank yenidən depozit hərracının büdcəsini artırıb | Banco.az

Mərkəzi Bank yenidən depozit hərracının büdcəsini artırıb

Aprelin 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum hərracda 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Bu isə aprelin 3-də keçirilmiş hərracın büdcəsi ilə müqayisədə 2 dəfə çoxdur.

AMB-nin həmin gün keçirdiyi depozit hərracının büdcəsi də əvvəlki hərracla (martın 31-də keçirilib) müqayisədə 2 dəfə az olub. Baxmayaraq ki, hər iki hərracda tələb təklifi üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sonuncu depozit hərracı aprelin 3-də keçirib. Hərracda təklif 100 mln. manat olsa da, tələb bundan 49,2% çox – 149,2 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil edib.

Mənbə: Report.az