Mərkəzi Bank vətəndaşlara xəbərdarlıq etdi | Banco.az

Mərkəzi Bank vətəndaşlara xəbərdarlıq etdi

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et