Mərkəzi Bank valyuta hərracının nəticəsini açıqladı | Banco.az

Mərkəzi Bank valyuta hərracının nəticəsini açıqladı

Bu gün gözlənilən valyuta hərracı bir qədər gec baş tutub. 

Bu dəqiqələrdə başa çatan hərracda dolların məzənnəsi dəyişməyib.

Valyuta hərracının nəticəsində ABŞ valyutasının satış qiyməti 1,7742 manat olaraq qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı hərraca çıxarılan vəsaitin həcmi artırılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara satdığı valyutanın həcminin artırılması dolların ucuzlaşmasına səbəb ola bilər. Bu zaman bankların dollar satışını bərpa edəcəyi gözlənilir.

Mənbə: Fins.az