Mərkəzi Bank valyuta ehtiyatlarının yeni məbləğini açıqladı | Banco.az

Mərkəzi Bank valyuta ehtiyatlarının yeni məbləğini açıqladı

31 İyul 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 962,8 milyon dollar təşkil edib.

Bu, İyun ayının sonu ilə müqayisədə 23,4 milyon dollar çoxdur.

Cari ilin 7 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 337 milyon dollar artıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 337 milyon dolların təxminən 100 milyon dollardan çoxu xarici idarəetmədən əldə edilib: "Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Rəsmi valyuta ehtiyatları (mln. USD)

 

Tarix                  Dəyər

Ən sərfəli kredit üçün müraciət et

31/07/2019      5962.8

28/06/2019      5939.4

31/05/2019      5870.9

30/04/2019      5789.0

29/03/2019      5778.6

28/02/2019      5761.9

31/01/2019      5655.9

29/12/2018      5625.7

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et