2019-cu ilin Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10,4 milyon dollar artıb.
30 Aprel 2019-cu il tarixində valyuta ehtiyatları 5 milyard 789 milyon dollar təşkil edib. Martın sonunda ehtiyatlar 5 milyard 778 milyon 600 min dollara çatmışdı.
2018-ci ilin sonu ilə müqayisədə (4 ay ərzində) valyuta ehtiyatları 163,3 milyon dollar artıb. 29 Dekabr 2018-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 625 milyon 7 min dollar təşkil etmişdi.
Həmçinin Oxu: Pul bazasında 1 ayda yarım milyard manatlıq artıb
Milyon dollar ilə
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9
29/12/2018 5625.7
Marja