Azərbaycan Mərkəzi Bankı (AMB) həftə sonu (oktyabrın 28-i) uçot faiz dərəcəsinə dair qərarını açıqlayacaq.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti pul siyasəti qərarları ilə bağlı planlaşdırılan 8 iclasdan 6-sı keçirilib və sonuncu dəfə mart iclasında uçot dərəcəsi artırılıb.
AMB-nin İdarə Heyətinin yeni sədri Taleh Kazımov isə faiz parametrlərini hələ ki, dəyişməyib. Bu ilin sentyabrın 1-dən faiz parametrlərində aşağı hədd 4.00%, yuxarı hədd 9.25% və uçot faiz dərəcəsi 7.75%-dir. AMB-nin son iclasında bildirib ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!