Mərkəzi Bank tender elan edir | Banco.az

Mərkəzi Bank tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankında məlumat tamlığının yoxlanılması, zəifliklərin aşkarlanması və veb təhlükəsizliyin təmin edilməsi üzrə avadanlıq və proqram təminatlarının alınaraq quraşdırılması xidmətinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.

Tender proseduru 19 iyul 2021-ci il  saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün “Asan ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak edəcəyi LOT üzrə 200 (iki yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab:  AZ74NABZ01451700000000001944 

S.W.I.F.T. BİK:  NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;

Ən sərfəli kredit üçün müraciət et

- Azərbaycan dilində tender təklifi (tender təklifi 01 sentyabr 2021-ci il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar  (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- iddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);

- iddiaçının ixtisas uyğunluğuna dair tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 16 iyul 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 08 iyul 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Malların və xidmətin təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən 4 (dörd) ay müddətində.

Qiymətləndirmə meyarları: qiymət və zəmanət müddəti.

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et