Mərkəzi Bank tender elan edir | Banco.az

Mərkəzi Bank tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  açıq tender üsulu ilə elektron satınalma keçirir.

Tender 4 lot üzrə keçirilir.

Lot 1: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

Lot 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 ədəd 30 kVA gücündə elektrik tənzimləyicisinin və Yevlax və Quba şəhərlərində yerləşən Ərazi İdarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorların və onların quraşdırılması işlərinin satın alınması;

Lot 3: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasının server otağında yanğın təhlükəsizliyi ilə bağlı işlərin və mal-materialların satın alınması;

Lot 4: Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması.

Tender proseduru 18 iyun 2021-ci il tarixdə saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün “Asan ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak edəcəyi lot üzrə 50 (əlli) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

kod 501004, VÖEN 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944 

S.W.I.F.T. BİK  NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 04 avqust 2021-ci il  tarixinədək qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

-  iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

Ən sərfəli kredit üçün müraciət et

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 17 iyun 2021-ci il saat 18.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 08 iyun 2021-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı:

Lot 1 üzrə: 01.10.2021-ci il tarixdən;

Lot 2, lot 3 və lot 4 üzrə:satınalma müqaviləsi imzalandığı gündən.

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:

Lot 1 və lot 4 üzrə: dövri olaraq 1 (bir) il müddətində;

Lot  2 və lot 3 üzrə satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.

Qiymətləndirmə meyarları:

Lot 1 üzrə: maliyyə və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza və iş təcrübəsi);

Lot 2 və Lot 3 üzrə: maliyyə və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza, iş təcrübəsi, zəmanət müddəti və zəmanət şərtləri);

Lot 4 üzrə: maliyyə və texniki amillər (maddi-texniki baza, əməkdaşların peşəkarlığı  və korporativ müştərilərə xidmət (oxşar işlər üzrə korporativ müştərilərin sayı)).

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir. 

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et