Mərkəzi Bank sığorta ehtiyatlarının formalaşdırılması ilə bağlı qaydanı təsdiq edib | Banco.az

Mərkəzi Bank sığorta ehtiyatlarının formalaşdırılması ilə bağlı qaydanı təsdiq edib

Mərkəzi Bankın İdarə Heyəti “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nın təsdiq edib.

AMB sədri Taleh Kazımov bu barədə qərar imzalayıb.

    Qeyd edilib ki, bu Qayda sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir. İcbari sığorta növləri üzrə sığorta ehtiyatları “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla bu Qaydaya uyğun olaraq hesablanır.

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram