Mərkəzi Bank onlayn növbə sistemini istifadəyə verdi | Banco.az

Mərkəzi Bank onlayn növbə sistemini istifadəyə verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş qəbulu üçün növbənin qurumun inzibati binasına gəlmədən internet səhifəsində - onlayn əldə edilməsi imkanı yaradıb.

Məlumata görə, vətəndaşlar qurumun internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və yaxud randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Hər hansı sual yarandığı təqdirdə AMB-nin “966” Qaynar xəttinə müraciət etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et