Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
Bu barədə bankdan Oxu.Az-a bildirilib.
Avqustun 15-də keçiriləcək hərrac vasitəsilə 50 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 28 gün, faiz dərəcəsi 4,01%-9,49% müəyyən olunub.