Mərkəzi Bank not satışını davam etdirir | Banco.az

Mərkəzi Bank not satışını davam etdirir

Noyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu barədə BFB-dən bildirilib.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Qeyd edək ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 750 min not çıxarılacaq. Qiymətli kağızların ödəmə tarixi 14 dekabr 2016-cı ildir.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərracda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar hərraca BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et