Mərkəzi Bank beynəlxalq beyin mərkəzləri, maliyyə institutları və banklarla əməkdaşlıq edərək milli rəqəmsal valyutanın inkişafı üzərində işləyir.
Bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov məlumat verib.
"Rəqəmsal manatın inkişafı istiqamətində biz Beynəlxalq Valyuta Fondu ilə işləyirik. Hazırda bu valyutanın konsepsiyasının formalaşdırılması istiqamətində işlər aparılır. Biz həm də mümkün riskləri qiymətləndirmək üçün araşdırmalar aparırıq. Xüsusi vurğulamaq istəyirəm ki, bu proseslər uzun müddət tələb edir. Buna baxmayaraq, biz əməkdaşlığımızı və rəqəmsal valyutanın qlobal konsepsiyalarının öyrənilməsini davam etdiririk”, - deyə Osmanov bildirib.
F.Osmanov əlavə edib ki, Azərbaycan yeni maliyyə və fintex şirkətlər üçün də açıqdır.
"Biz "PayPal" və "Samsung Pay" ilə daim əlaqə saxlayırıq. Qeyd edim ki, Azərbaycanın mövcud qanunvericiliyi xarici maliyyə təşkilatlarının bazara daxil olmasına mane olmur. Hər hansı xarici təşkilatın bizim bazara daxil olması ilə bağlı qərarlar birbaşa qəbul edilir. Bu təşkilatlar öz strategiyalarına və biznes planlarına uyğun olaraq özləri tərəfindən həyata keçirilir”, - F.Osmanov vurğulayıb.
Trend
Bizi sosial şəbəkələrdən izləyin!!