Mərkəzi Bank manat kütləsini yığacaq - HƏRRAC | Banco.az

Mərkəzi Bank manat kütləsini yığacaq - HƏRRAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

24 sentyabr 2018-ci il il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.  

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır. 

Xəbər verdiymiz kimi, 17.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 750,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.

marja/az

Ən sərfəli krediti almaq üçün müraciət et