Mərkəzi Bank: Manat dəyişmir | Banco.az

Mərkəzi Bank: Manat dəyişmir

Yeni əskinasların dövriyyəyə buraxılması xəbərinə reaksiya.

"Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanda yeni əskinasların dövriyyəyə buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır". 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  bunu Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər. Bankdan verilən açıqlamada qeyd edilir ki, bənzər xəbər bir neçə il öncə də yayılmışdı. "O zaman da biz açıqlama verərək bunun tamamilə yanlış olduğunu vurğulamışdıq. İndi bir-bir həmin dizaynları yenidən yaymaqda nə məqsəd var, anlamırıq. Hələlik əskinasların dizaynının yenilənməsi gözlənilmir". 

Əgər belə hal olarsa, ilk öncə Mərkəzi Bankın özünün məlumat yayacağı bildirilib. 

Bir neçə gündür, sosial şəbəkələrdə əskinasların yeni görüntüləri və onların yaxın günlərdə dövriyyəyə buraxılması ilə bağlı xəbərlər yayılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Sosial şəbəkələrdə yayılan görüntü

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki dəfə valyuta dəyişikliyi yaşayıb. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.

Ən sərfəli krediti almaq üçün müraciət et