Mərkəzi Bank “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir | Banco.az

Mərkəzi Bank “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir

Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir.

AMB-nin məlumatına görə, təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur. Proqramın müddət 2 aydır (iyul və avqust ayları).

“Maliyyəçisən” təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək: Pul siyasəti, Tədqiqatlar, Statistika, Valyuta ehtiyatlarının idarə edilməsi, Maliyyə bazarlarında əməliyyatlar, Maliyyə sabitliyi, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət, Sığorta fəaliyyətinə dair siyasət və nəzarət, Nağd pul, Valyuta ehtiyatlarının idarə edilməsi, Maliyyə bazarlarında əməliyyatlar, Maliyyə sabitliyi, Beynəlxalq əməkdaşlıq və kommunikasiya, İnformasiya texnologiyaları, Hüquq, İnsan resursları.

Ən sərfəli kredit üçün müraciət et

Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər. “Maliyyəçisən” təcrübə proqramına müraciət üçün son tarix aprelin 25-dir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et