Mərkəzi Bank: Kredit aktivliyi bərpa olunmayıb | Banco.az

Mərkəzi Bank: Kredit aktivliyi bərpa olunmayıb

2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası hesabat dövründə 8%-dən çox artıb.

"Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur", - deyə məlumatda vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb: "Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub".

AMB-nin likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et