Azərbaycan Mərkəzi Bankı (AMB) adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satın alınması, eləcə də özünə məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi, binaların mühafizəsinin təşkil edilməsi məqsədi ilə kotirovka sorğuları elan edib.
"Report" xəbər verir ki, sorğularda iştirak haqqı cəmi 20 manatdır.
Təkliflər sentyabrın 25-nə qədər qəbul edilir və onlara sentyabrın 26-da, saat 10:00-da AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 83 ünvanında yerləşən inzibati binasında baxılacaq.