Müəllif: Gülnar Əhmədli, Banco.az
"İnvestisiya şirkətlərinin xalis mənfəətinin azalması onların gəlirlərinin stabil qalıb, xərclərinin artması ilə bağlıdır".
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov mətbuat konfransında bildirib.
"Xərclərin artması onların infrastruktura, texnologiyaya investisiya qoyması, təhlükəsizlik tədbirlərinin artması, AMB-nin tətbiq etdiyi standartların artırılması ilə bağlıdır. Təbii ki, növbəti dövrdə bu xərclərin artım dinamikasında davamlılıq gözləmirik. Sabitləşmə olacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 mln.manat) azalaraq 1.5 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!