Mərkəzi Bank hərraca çıxardığı notların 87%-ni satıb | Banco.az

Mərkəzi Bank hərraca çıxardığı notların 87%-ni satıb

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100756S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 21 810 000 manat olub.

Sifarişlər 98,8472 manat (14,9945%) – 99,0066 manat (12,9004%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,8472 manat (14.9945%), orta ölçülmüş qiyməti – 98,8788 manat (14,5788%) səviyyəsində AMB tərəfindən müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 21 810 000 manat (hərraca çıxarılmış həcmin 87,24%-i qədər) məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 24 may 2017-ci ildir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et