Mərkəzi Bank gələn iclasda uçot dərəcəsini azalda bilər | Banco.az

Mərkəzi Bank gələn iclasda uçot dərəcəsini azalda bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) dünən, mayın 1-də keçirdiyi iclasda uçot dərəcəsini dəyişməyərək 15% səviyyəsində sabit saxlayıb. 

İyun ayının ortalarında keçirilməsi gözlənilən növbəti iclasda AMB-nin uçot dərəcəsini azaldacağı ehtimal edilir. 

Belə ki, son depozit hərraclarında faizlərin getdikcə azalması müşahidə olunur. İlin əvvəlində 15%-ə yaxın olan depozit hərracında vəsaitlərin cəlb edilməsi üzrə faiz dərəcələri mayın 1-də keçirilən son hərracda 13%-dən aşağı düşüb. 

Buna səbəb kimi valyuta bazarında sabitliyə nail olunması amili göstərilir. Belə ki, kommersiya bankları manat ekvivalentində real olaraq 13-15%, fevral ayından etibarən möhkəmlənməyə başlayan manat fonunda isə dollar ekvivalentində daha çox gəlir əldə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Yəni, fevralda dollar aktivlərini 1,90 AZN/USD səviyyəsindən manata dəyişən banklar 25%-ə yaxın real gəlir əldə edib. Analitik qrup hesab edir ki, cari vəziyyət uzun müddət davam edə bilməz: “Çünki, dünyanın heç bir yerində bu qədər yüksək real faiz yoxdur. Məhz bu səbəbdən yaxın hərraclarda faizlərin 10% səviyyəsinə qədər geriləyəcəyi ehtimal edilir. 

Bu da AMB-yə növbəti iclasda uçot dərəcəsini 12% səviyyəsinə qədər azaltmağa imkan verəcək. İlin sonuna qədər isə faizlər 10% səviyyəsinə çatdırıla bilər”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et