Mərkəzi Bank faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib | Banco.az

Mərkəzi Bank faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib

Ötən il Mərkəzi Bank iqtisadi artımın daxili və xarici amillərini, iqtisadi tsikldəki meylləri nəzərə alaraq pul siyasətini yumşaldıb. Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq üçün Mərkəzi Bank faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75 faizdən 3.5 faizə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bankların xarici və daxili öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 3 faizdən 2 faizə endirildiyi qeyd edilir.

Eyni zamanda, on bir ayda manatla pul kütləsi tələbə uyğun olaraq 6.6 faiz artıb. Qeyri-nağd pul kütləsinin artımı isə nağd pul kütləsinin artımını 22 faiz bəndi üstələyib.

azertag.com

Ən sərfəli krediti almaq üçün müraciət et