Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı “PulPal” MMC-yə göstəriş verib.
Bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.
apa