Azərbaycan Mərkəzi Bankı (AMB) hərrac yolu ilə cəlb etdiyi depozitlərin müddətini 28 gündən 14 günə endirib.
Açıqlamada deyilir ki, qurumun bu günlərdə həyata keçirdiyi not emissiyası zamanı yerləşdirilmiş notların dövretmə müddətinin 28 gün olması nəzərə alınaraq hərrac yolu ilə cəlb olunan depozitlərin müddətinin azaldılmasına qərar verilib.
AMB həmçinin bəyan edib ki, not emissiyası depozit hərracına fasilə verilməsi anlamına gəlmir:
"Bu il pul təklifinin artımını tənzimləmək məqsədilə likvidliyin sterilizasiyası əməliyyatları aktivləşdirilib. Belə ki, iyun ayından etibarən milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarına başlanılıb. Eyni zamanda sterlizasiya imkanlarının genişləndirilməsi üçün depozit əməliyyatları ilə yanaşı, 28 gün müddətinə notların emissiyasının da həyata keçirilməsinə dair qərar qəbul olunub".
Mənbə: Report.az