Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 45 mln. manat olub.
“Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,00% təşkil edib”, - deyə Mərkəzi Bankdan qeyd edilib.
©Oxu.az