Mərkəzi Bank depozit hərracında daha 15 mln. manat cəlb edib | Banco.az

Mərkəzi Bank depozit hərracında daha 15 mln. manat cəlb edib

 Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi illik 9,49% olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edəkl ki, avqustun 29-da AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% təşkil edib. Avqustun 22-də 30 mln. manat, avqustun 15-də 15 mln. manat, avqustun 8-də keçirilmiş hərracda 40 mln. manat, avqustun 1-də isə 20 mln. manat vəsait cəlb edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et