Sabah Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Məlumata görə, qurum hərracda 200 mln. manat vəsat cəlb etmək niyyətindədir. Bu isə martın 27-də keçirilmiş hərracın büdcəsi ilə müqayisədə 33,3% azdır.
Baxmayaraq ki, həmin hərracda tələb təklifdən 12,1% çox - 336,3 mln. manat olub.
©Report