Mərkəzi Bank depozit hərracında 300 mln. manat cəlb edib | Banco.az

Mərkəzi Bank depozit hərracında 300 mln. manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

AMB-yə istinadən xəbər verilir ki, hərracda planlaşdırıldığı kimi 300 mln. manat cəlb edilib.

Tələb isə bundan 3 dəfə çox – 903,10 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Mənbə: Report.az