Mərkəzi Bank depozit hərracında 107 mln. manatdan çox vəsait cəlb edib | Banco.az

Mərkəzi Bank depozit hərracında 107 mln. manatdan çox vəsait cəlb edib

Oktyabr 31-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

“APA-Economics” xəbər verir ki, hərracda tələb 107,1 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 % təşkil edib.

Mənbə: Apa.az