Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il oktyabrın 1-nə 5 167,5 mln. ABŞ dolları təşkil edib.
AMB-yə istinadən xəbər verilir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 66,3 mln. dollar və yaxud 1,3% çoxdur.
İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 193,1 mln. dollar və yaxud 30%, son 1 ildə isə 1 034,8 mln. dollar və yaxud 25% artıb.
Mənbə: Report.az