Bank məlumat yaydı.
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
Bu barədə bankdan Oxu.Az bildirilib.
Məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 18 bank tərəfindən məcmu tələb 67,161 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.