Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək | Banco.az

Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin sonunadək kapitalın adekvatlılıq əmsalı həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır. Banco.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi məlumat verib.

Məlumatda deyilir: "Manatın məzənnəsinin kəskin aşağı düşməsi risk səviyyəsi üzrə ölçülmüş xarici valyutada inflyasiya vasitəsilə kapitalın kifayətliliyinə zərbə vurub və bəzi hallarda bu, pulköçürmələr üzrə əhəmiyyətli itkilərə gətirib çıxaracaq".

Ən sərfəli kredit üçün müraciət et

Hesabat müəlliflərinin fikrincə, bəzi banklar kapitalın adekvatlılığına qarşı tələbləri poza bilər. Lakin "Fitch" güman edir ki, tənzimləyici normativ tələbin pozulmasına "göz yumacaq" və səhmdarlara kapitalın kifayətliliyinə qarşı tələblərə uyğunlaşmaq üçün bankların kapitalına əlavə daxilolmalar məqsədilə vaxt verəcək.

Məlumatda deyilir: "Bu fikir onunla əsaslanır ki, Mərkəzi Bank fevral devalvasiyasından sonra banklara artıq belə bir imkan vermişdi".

Ən sərfəli krediti almaq üçün müraciət et