Mərkəzi Bank banklara dollar dəyişmə tövsiyyəsini açıqladı | Banco.az

Mərkəzi Bank banklara dollar dəyişmə tövsiyyəsini açıqladı

«Banklara tövsiyə etmişik ki, valyuta dəyişmə zamanı diqqətli olsunlar. İlk növbədə ölkənin sosial ehtiyaclarını diqqətdə saxlasınlar».

Bu barədə AMB sədri Elman Rüstəmov bildirib. Qeyd edək ki, məlumata görə, Mərkəzi Bank banklara tapşırıq verib ki, dərman və ərzaq ehtiyaclarının qarşılanması məqsədi ilə ölkədən xaricə pul çıxarılması istisna olmaqla başqa məqsədlə dollar konvertasiya etməsinlər. Eyni zamanda o, bildirib ki, qadağa yoxdur, amma banklara tövsiyyə edilib ki, kreditləşmə siyasətində ilk növbədə ölkənin sosial əhəmiyyətli ərzaq və dərmanla təchizatını nəzərdə saxlasınlar və üstünlük versinlər.

AMB rəhbəri bildirib ki, başqa məhdudiyyət yoxdur. Ancaq qeyd edib ki, banklara bununla bağlı müəyyən konvertasiya tövsiyyələri də verilib.

«Başqa məhdudlaşdırılmadan söhbət getmir, amam kimsə zinət əşyası gətirirsə, məntiqlə dərman və ərzaq daha vacibdir. Biz banklara tövsiyə etmişik bunu öz konvertasiya siyasətində nəzərə alsınlar» .

Ən sərfəli kredit üçün müraciət et

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et