“AzSığorta” şirkəti Azərbaycan Mərkəzi Bankının(AMB) işçilərinin könüllü tibbi sığortası (KTS) üzrə sığortalayıb.
Bu barədə Banco.az “İnterfaks-Azərbaycan” agentliyinə istinadən məlumat verir.
“AzSığorta” ASC müvafiq tenderin qalibi olub”, - deyə bankdan qeyd ediblər.
Xəbər verildiyi kimi, şərtlərə əsasən, tenderin qalibi 2015-ci il noyabrın 27-dən etibarən 12 ay ərzində könüllü tibbi sığorta xidmətləri göstərməlidir.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.