Mərkəzi Bank aktivlərlə bağlı açıqlama verib | Banco.az

Mərkəzi Bank aktivlərlə bağlı açıqlama verib

Banco.az saytı Mərkəzi Banka istinadən məlumat verir ki, 1 may tarixinə  görə bankların aktivləri 29238.4 mln manat təşkil edib. Bu isə ötən ayla müqayisədə 1% çoxdur. 

Keçən ilin müvafiq dövründə isə, bu göstərici 22009.5 mln manata bərabər olub. Yəni banklardakı aktivlər 1 ildə 33% artıb.

Ümumiyyətlə isə, bankların aktivləri cari ilin fevral ayından etibarən artmağa doğru davam edir.

İlin əvvəli ilə müqayisədə isə bankların aktivləri 4055.9 mln manat və yaxud 16% artıb.