Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir | Banco.az

Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir

Növbəti depozit hərracı sentyabrın 19-da baş tutacaq.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

BAnco.az AMB istinadən xəbər verir ki, sentyabrın 19-da keçiriləcək hərrac vasitəsilə 50 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Müddət 28 gün, faiz dərəcəsi isə 12,01% -14,99% faiz müəyyən olunub. 

Qeyd edək ki, indiyədək keçirilmiş hərraclarda faiz dərəcəsi maksimum 9% müəyyən olunurdu. Faizin artırılması Mərkəzi Bankın uçot dərəcəsini qaldırması ilə bağlıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et