Mərkəzi bank 200 mln manat vəsait cəlb edir | Banco.az

Mərkəzi bank 200 mln manat vəsait cəlb edir

26sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlətqeydiyyat №-si

50101670S

Hərracaçıxarılanhəcm

200 000 000 AZN

Notunnominaldəyəri

100 АZN

Notlarıntədavülmüddəti

 28gün

Ödəmətarixi

                              24.10.2018

Ən sərfəli kredit üçün müraciət et

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.