Mərkəzi Bank 200 mln. manat cəlb edir | Banco.az

Mərkəzi Bank 200 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən verilən xəbərə görə, noyabrın 13-də keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

Mənbə: Apa.az