Banco.az portalının Bakı Fond Birjasına isinadən verdiyi xəbərə əsasən, 27 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100361S dövlət qeydiyyat nömrəli,200 mln manat həcmində,28 gün tədavül müddətidiskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
BFB-nin məlumatına əsasən, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 26 sifariş təqdim edilmişdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 550 630 500,00 AZN, yerləşdirilmiş həcmi isə 200 mln manat təşkil edilmişdir.
Notların ödəmə tarixi 25 oktyabr 2017-ci ildir.