Mərkəzi Bank 100 mln. manat cəlb edib | Banco.az

Mərkəzi Bank 100 mln. manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib.

Amma tələb bundan 6,25 dəfə çox - 624,8 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.