Müəllif:Mehin Qasımova,Banco.az
Qazaxıstan Orta Asiyada uçan taksini sınaqdan keçirən ilk ölkələrdən biri olub.
Banco.az xəbər verir ki, aerotaksi saatda 200 kilometrə qədər sürətə çata və tək bir yükləmə ilə 200 kilometrə qədər məsafə qət edə bilir.
Bir pilot və beş sərnişin tutumuna malik bu nəqliyyat vasitəsi 13 elektrik mühərriki ilə təchiz olunub. Elektriklə işləyən bu aerotaksi yol tıxaclarını azaltmaq, turistik yerləri birləşdirmək və səyahət müddətini əhəmiyyətli dərəcədə qısaltmaq məqsədi daşıyır.
Məlumata görə, layihə üçün 250 milyon dollar investisiya cəlb edilib. Digər nəqliyyat növləri ilə müqayisədə bu nəqliyyat vasitəsi daha səssiz işləyir və karbon emissiyası yaratmır.
Təhlükəsizlik tələblərinə uyğun olaraq, ilk sınaq uçuşu sərnişinsiz həyata keçirilib. Xidmətin 2029-cu ilə qədər tam fəaliyyətə başlaması gözlənilir.
