Müəllif - Aida İsaq, Banco.az
Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı bu il sürətlə artacaq.
Banco.az xəbər verir ki, sözügedən ölkələrin ümumi daxili məhsulunun (ÜDM) həcminin 2023 və 2024-cü illərdə orta hesabla 5% artacağı gözlənilir. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) analitiklərinin proqnozuna əsasən məlum olub.
Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarında yüksək artım tempinin əsas səbəblərindən biri beynəlxalq sanksiyaların tətbiqindən sonra Rusiya vətəndaşlarının ölkəyə axını və 2022-ci ilin sentyabr ayının sonunda səfərbərliyin başlanması olub. Belə ki, həmin zamandan bəri 15 000-dən çox Rusiya şirkəti Qazaxıstana köçüb. AYİB-in baş iqtisadçısı Mərkəzi Asiya ölkələrinə əsasən varlı və savadlı rusların axın etdiyini vurğulayıb. Buna paralel olaraq region dövlətləri Öz növbəsində yüksək ixtisaslı insan kapitalının axınına maraqlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!