Mərkəzi Afrika Respublikası öz rəqəmsal valyutasını yaradır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Mərkəzi Afrika Respublikası öz rəqəmsal valyutasını yaradır

Mərkəzi Afrika Respublikası (MAR) bu ilin üçüncü rübünədək özünün rəqəmsal valyutasını yaradacaq.

Bunu ölkə prezidenti Fosten-Arkanj Tuadera elan edib.

Qeyd olunur ki, "Sango Coin" adlı valyuta təbii ehtiyatların ticarətində, dövlət xidmətlərində, o cümlədən, vətəndaşlığın verilməsi kimi xidmətlər üçün istifadə oluna bilər.

Qeyd edək ki, MAR aprel ayında bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyaraq, Salvadordan sonra bu addımı atan ikinci ölkə olub.

MAR dünyanın yoxsul ölkələrindən biri hesab olunur. 5 milyona yaxın əhalisi olan ölkədə yalnız 557 min nəfərin internetə çıxışı var.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram