“Mercedes” və “BMW” avtomobillərində “Qualcomm” çipləri istifadə olunacaq | Banco.az

“Mercedes” və “BMW” avtomobillərində “Qualcomm” çipləri istifadə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mercedes” və “BMW” avtomobillərində “Qualcomm” çipləri istifadə olunacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın yarımkeçirici istehsalı ilə məşğul olan “Qualcomm” şirkəti lüks avtomobil markaları olan “Mercedes” və BMW”nin avtomobildaxili məlumat və əyləncə sistemlərini gücləndirəcək çiplər tədarük edəcəyini açıqlayıb.

Sözügedən razılaşmaya əsasən, “Qualcomm” “BMW”ni avtomobillərinin səsli əmr imkanlarını artırmaq üçün nəzərdə tutulmuş qabaqcıl çiplərlə təmin edəcək.

Bundan əlavə, “Qualcomm”un çipləri 2024-cü ilə qədər ABŞ bazarında satışa çıxarılması planlaşdırılan yeni nəsil Mercedes E-class modellərində yer alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Qualcomm”un avtomobil sənayesi ilə bağlı iddialı planlarına 2026-cı ilə qədər bu bazardan 4 milyard dollar gəlir əldə etmək hədəfi də daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et