Müəllif: Tamara Mustafayeva, Banco.az
“Mercedes-Benz” şirkəti Polşada istehsal zavodu inşa etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Polşa İnkişaf və Texnologiya Nazirliyi Almaniyanın aparıcı avtomobil brendi “Mercedes-Benz”in Polşada elektrik mikroavtobuslarının istehsalı üçün 1,3 milyard avro sərmayə ilə zavod inşa edəcəyini açıqlayıb.
Polşanın İnkişaf və Texnologiya Nazirliyindən verilən açıqlamada həmçinin qeyd olunub ki, sözügedən investisiya ilə 2500-dən çox insan işlə təmin olunacaq.
Polşanın Baş naziri Mateuş Moravetski də “Mercedes-Benz” rəsmiləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında böyük şirkətlərin ölkəyə etibar etdiklərini söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!