Məqsədli ehtiyatlarını 2 dəfə artırıb | Banco.az

Məqsədli ehtiyatlarını 2 dəfə artırıb

Bank Respublika cari ilin 3-cü rübünə olan hesabatlarını açıqlayıb. Göründüyü kimi Bank olduqca stabil artım tempi müşahidə etdirir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 11%, müştərilərə verilən kreditləri isə 11,3% artmışdır.

Bankın balansdakı nağd vəsaiti ötən illə müqayisədə cəmi 1,7% artıb. Fiziki şəxslərin depozitlərində 11,8%, hüquqi şəxslərin depozitlərində isə 18,9% artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublikanın xalis əməliyyat mənfəəti ötən illə müqayisədə cəmi 8,1% artaraq, 13,9 milyon təşkil edib. Bankın balans kapitalı isə 63,4 milyon civarındadır.  

Bankın kreditlər üçün ayırdığı məqsədli ehtiyatlar isə 2,2 dəfə artaraq, 7,76 milyon manata çatıb.

Göy sütun 2013-cü ilin 3-cü rübü, qırmızı sütün isə carı ilin 3-cü rübünə olan göstəriciləri əhatə edir.