Məqsədlərinizə daha tez çatmağın yolları | Banco.az

Məqsədlərinizə daha tez çatmağın yolları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qarşımıza hədəflər qoymaq həyatın vacib hissəsidir. Bu, nə etmək istədiyimizi prioritetləşdirməyə imkan verir, bizə istiqamət və motivasiya verir. Buna görə də, gündəlik həyatımızda mühüm yer tutur. Eyni zamanda, motivasiyamızı artırmağa kömək edir, çünki bizə doğru işləmək üçün bir hədəfimiz olduğunu xatırladırlar.

Məqsədlər qoymaqla uğur əldə etmək arasında birbaşa əlaqə var. Düzgün müəyyən edilmiş məqsədlər yeni davranışlar yaratmağa və diqqətinizi sizin üçün vacib olana yönəltməyə kömək edir. Təbii ki, burada söhbət təkcə hədəflərin müəyyən edilməsindən getmir. Bu həm də onlara çatmaqdır.

Qarşınıza əldə edilə bilən real məqsədlər qoymaq vacibdir. Qeyri-real məqsədlər uzun müddətdə motivasiyanızı itirməyinizə səbəb ola bilər. Gəlin şəxsi və peşəkar həyatda məqsədlərin qoyulması və onlara nail olunması üçün ən yaxşı üsullara nəzər salaq.

1) Məqsədinizi müəyyənləşdirin

Qarşınıza məqsəd qoyarkən ilk addım özünüzdən nəyin vacib olduğunu və niyə olduğunu soruşmaqdır. Məqsədlər şəxsi baxışınızın və diqqətlə düşünməyin nəticəsi olmalıdır. Bu, qarşımıza daha önəmli və real məqsədlər qoymağınıza kömək edə bilər. Daha sonra isə onlara çata biləcəyinizə inanmalısınız. Əgər uğur qazanmağınızın mümkün olmadığını düşünürsünüzsə, o zaman cəhd etməyə ehtiyac yoxdur.

Ən təsirli hədəflər zamanla bağlı olanlardır. Qarşınıza daha böyük məqsədlər qoymaqdan, düşünməkdən və böyük xəyallar qurmaqdan qorxmayın. 

Məqsədinizə çatmaq üçün nə qədər vaxt və səy sərf etmək istədiyinizi müəyyənləşdirin, bunun cədvəlinizə və həyat tərzinizə uyğun olduğundan əmin olun.

2) Bir yerə qeyd edin

Məqsədləriniz haqqında yalnız xəyal etməyin. Bunu kağıza qalın hərflərlə yazın. Bu, onları daha nəzərəçarpan edir və daha realist görünür.

3) Qeydlərinizi görə biləcəyiniz yerlərə yerləşdirin

Diqqətinizi hədəfdə saxlamaq üçün yazılı məqsədlərinizi onları daim görə biləcəyiniz bir yerə qoyun. Bu, müntəzəm olaraq ziyarət etdiyiniz bir yer olmalıdır ki, həmin yazıları daim görəsiniz.

4) Hədəflərinizi ayırın

Məqsədlər çox vaxt uzunmüddətli və mücərrəd olduğundan, hədəfləri daha əlçatan edə bilmək üçün onları bölün. Əsas məqsədinizi nərdivanın yuxarı pilləsinə yazaraq "məqsəd nərdivanı"ndan istifadə edin. Zirvəyə qalxmaq üçün yerinə yetirməli olduğunuz daha kiçik hədəflərə çataraq nərdivanı qalxın.

Ən sərfəli kredit üçün müraciət et

5) Plan qurun

Məqsədlərinizə çatmaq üçün atmanız lazım olan addımları bir-bir yazın. Fəaliyyət planı yaratmaq sizi düzgün yolda saxlayacaqdır. Planınızın hər bir addımını keçərkən tamamladığınız addımları işarələyin ki, nə qədər irəli getdiyinizi görə biləsiniz və irəliləyişinizlə bağlı nikbin hiss edəsiniz.

6) Hərəkətə keçin

Məqsədlər öz-özünə baş vermir. Onlara necə çatmaq istədiyinizə dair dəqiq bir planınız olduqda, bunları həyata keçirməyin vaxtı çatır. Planlarınızı həyata keçirin. Ən kiçik hərəkət belə sizi uğura bir addım da yaxınlaşdırır.

7) Hədəflərinizi qoruyun

Elə bir nöqtəyə çata bilərsiniz ki, bacardığınız hər şeyi etdiyinizi düşünsəniz belə, hədəflərə nail olmamaq sizi yora və hətta məqsədinizdən imtina etmənizə səbəb bilər. Buna görə də, balanslı bir həyat sürmək üçün özünüzü yormaqdan çəkinməli və özünüzə vaxt verməlisiniz. Ola bilər ki, istədiyiniz vaxtda məqsədlərinizə çata bilmərsiniz. İlk olaraq bunun səbəblərini tapmalısınız. Özünüzü məğlub hiss etmək əvəzinə, planınızı yenidən nəzərdən keçirməlisiniz. 

8) Potensial maneələri müəyyən edin

Mütləq ki, bu yolda çətinliklər də olacaq. Potensial maneələrinizin fərqində olmaq, uğura aparan yolda onlarla qarşılaşdığınız zaman problemləri daha az qorxulu edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et